Bu ilin yanvar-mart ayında “Azərbaycan Dəmir Yolları” 119.9 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfədən çox azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayında “Azərbaycan Dəmir Yolları” 984.8 min ABŞ dolları dəyərində xidmət ixrac edib.