“Azərbaycam Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Əmlak” MMC-nin direktoru Pərviz Qulami vəzifəsindən azad edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Fərid Hüseynova həvalə edilib.
Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 479 manatdır.