13 C
Baku
Monday, September 30, 2024

Azərbaycan dənizdə külək elektrik stansiyasının hesabına qaza qənaət edəcək

Xəzər dənizi akvatoriyasında estakadalar üzərində külək elektrik stansiyasının tikintisi ildə təqribən 200 min kubmetr qaza qənaət etməyə imkan verəcək. Məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

Agentlik rəhbərinin sözlərinə görə, bu layihə “Neft Daşları” kimi dünyada birinci olacaq.

O bildirib: “Biz əvvəllər estakadalardan istifadə etmədən suda elektrik stansiyası tikməyi düşünürdük. Lakin bu halda layihənin dəyəri bir milyard manatdan çox təşkil edərdi. Elektrik stansiyasının estakadalar üzərində inşası təxminən 500-550 milyon manata qənaət etməyə imkan verəcək. Bir neçə Çin şirkəti layihəyə cəlb edilib”.

A.Bədəlov əlavə edib ki, külək elektrik stansiyası Xəzər dənizindəki estakadalarda Pirallahı və Çilov adaları arasında tikiləcək və onun gücü 200 meqavat təşkil edəcək: “Layihəyə əsasən iki ada arasında körpü tikiləcək. Bundan başqa, layihə bu ərazidə ekoloji turizmin inkişafını nəzərdə tutur. Külək enerjisinin qalığından Pirallahı rayonunda suyun şirinləşdirilməsi üçün istifadə ediləcək”.

Trend

Son xəbərlər
Digər xəbərlər