20 C
Baku
Sunday, May 5, 2024

Azərbaycan Dağıstandan dəyəri $1 milyondan artıq kabellər alacaq

Dağıstandan Azərbaycana kabel məhsullarının tədarükünə dair ixrac müqaviləsinin imzalanması planlaşdırılır.

Banker.az vergiler.az-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abasquliyev deyib.

Onun sözlərinə görə, kabel məhsullarının tədarükü ilə bağlı ilkin razılaşmalar ötən ilin sonunda Azərbaycan nümayəndə heyətinin Dağıstana biznes-missiyası çərçivəsində əldə olunub.

“Biz artıq ümumi məbləği 1 milyon dollardan artıq olan ixrac müqaviləsi imzalamağa hazırlaşırıq”, – R. Abasquliyev qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər