Azərbaycan və Rusiyanın Dağıstan MR ərəb ölkələrindən olan turistlər üçün qarışıq tur marşrutlarının tətbiqi imkanlarını nəzərdən keçirə bilər.
Bu barədə Dağıstanın İxraca Dəstək Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Dağıstanda Azərbaycandan olan tur operatorlarının biznes missiyası başa çatıb. Missiyanı Dağıstanın İxraca Dəstək Mərkəzi, Dağıstanın Turizm Nazirliyi və Turkoperatorlar Assosiasiyası təşkil edib.
Dağıstana səfər çərçivəsində Azərbaycanın turizm biznesinin nümayəndələri muxtar respublikanın əsas yerləri olan Sulak kanyonuna, Köhnə Sivux qlampinqinə, Qoor kəndinə, Dərbəndə və s. səyahət ediblər.