Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub.

Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyası təsdiq edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər