12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan dekabrda İtaliyaya neftin əsas tədarükçüsü olub

İtaliya dekabrda neft idxalını 12.2% – 5.5 milyon tonadək artırıb. Bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyinin məlumatında bildirilir.

Neftin əsas tədarükçüləri Azərbaycan (854 min ton), Liviya (836.5 min ton, artım 1.5 dəfə) və Qazaxıstan (773.9 min ton) olub. Əvvəllər əsas tədarükçülərdən biri olmuş Rusiya dekabrda siyahıda yer almayıb.

Dekabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85.5 (noyabrda $89.74) təşkil edib. Ən bahalı neft növü “Arabian Light” ($103.63), ən ucuz neft növü isə İraqın “Basrah Heavy” (Fao Blend) nefti ($62.68) olub.

2022-ci ildə İtaliya 62.5 milyon ton neft idxal edib.

Son xəbərlər
Digər xəbərlər