21 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan dekabrda “OPEC+” öhdəliyini 109% yerinə yetirib

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Energetika Nazirliyindən  verilən məlumata görə, hasilatın 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edilib ki, “OPEC+” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan “OPEC+” çərçivəsində dekabr ayında öhdəliyini təxminən 108,7% yerinə yetirib.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər