“Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı Ermənistan Azərbaycan tərəfdən müsbət cavab alıb”.
Bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
Danışıqların tarixi və yeri hələ dəqiqləşdirilməyib.