7 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Diasporuna Dəstək Fondu” zərərdən mənfəətə keçdi

“Azərbaycan Diasporuna Dəstək Fondu” PHŞ 2023-cü ili 325 min manat mənfəətlə başa vurub. Halbuki, 2022-ci ildə Fond 6 970 manat zərər etmişdir.

Banker.az bu barədə publik hüquqi şəxsin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Azərbaycan Diasporuna Dəstək Fondu”nun cəmi gəlirləri 1 milyon 73 min manat ikən, ötən il 2 milyon 393 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə çox) olub.

Hesabat dövründə “Azərbaycan Diasporuna Dəstək Fondu”nun cəmi aktivləri 3 milyon 724 min manatdan 3 milyon 897 min manata çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər