32 C
Baku
Thursday, June 13, 2024

Azərbaycan dizeli qaçaq yolla xaricə daşınıbmış

2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.

Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, onlardan biri üzrə materiallar toplanaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, on iki fakt üzrə inzibati xəta haqqıda iş üzrə icraat başa çatdırılmış, dörd fakt üzrə isə hazırda icraat davam etdirilir.

Hüquqpozma predmeti qismində saxlanılan dizel yanacağının həcmi 2 milyon 970 min 770 litr təşkil etmişdir.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Dizelin qaçaq yollarla ölkə xaricinə daşınması rəsmi ixracın azalmasına və dövlətin valyuta gəlirləri itkisinə səbəb olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər