11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun  tədris laboratoriyası fəaliyyətə başladı!

Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyasının rəsmi açılış mərasimi keçirilib. “Bank işi” laboratoriyası “Bank of Baku”-nun dəstəyi ilə istifadəyə verilib.Bank və universitet rəhbərliyinin qatıldığı tədbirdə tələbə və müəllimlər də iştirak edib.

“Bank of Baku”-nun İdarə Heyətinin Sədri Fərid Hüseynov və ADİU-nun rektoru, professor Ədalət Muradov  “Sabah” qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar.

Öz çıxışında Ədalət Muradov qeyd etdi ki, ali məktəbdə laboratoriya yaratmaq təşəbbüsü “Bank of Baku”-dan gəlib və bu, çox təqdirəlayiq bir haldır. Universitet rektoru laboratoriya açılışının ikitərəfli əməkdaşlıqda bir başlanğıc olduğunu vurğuladı. Öz növbəsində “Bank of Baku”-nun İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirdi ki,  istifadəyə verilən laboratoriya tələbələr üçün nəzərdə tutulub və bu, bankın sosial yönlü siyasətinin bir təzahürüdür.

Daha sonra müəllim-tələbə heyəti üçün “Bank of Baku”-nun fəaliyyəti barədə təqdimat keçirildi.Təqdimat çərçivəsində bankın idarə heyətinin sədr müavini Zaur Qaraisayev “Bank of Baku”-nun təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqda məlumat verdi. Bildirildi ki, təqaüd proqramına universitetə 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan beş tələbə eyni zamanda bankda təcrübə keçmək imkanı əldə edəcək.

Təqdimatdan sonra Universitetdə Karyera Günü tədbiri keçirilmişdir. Tələbələrə bankda olan cari vakansiyalar barədə ətraflı məlumat verilmişdir.

Xatırladaq ki,“Bank of Baku” ilə Azərbaycan Dövlət İqtisad Universiteti ötən il əməkdaşlıq sazişi imzalamışlar. İkitərəfli saziş bankla təhsil oçağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

foto1

foto2

foto3

foto4

foto5

 

 

Son xəbərlər
Digər xəbərlər