14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Dövlət Neft Fondu I rübdə büdcəyə transfertin həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 1 660 mln. manat həcmində vəsait transfert edilib. Bu barədə agentliyin sorğusuna cavab olaraq Fonddan bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş ARDNF-in 2016-cı il büdcəsinə uyğun olaraq, cari il üzrə Neft Fondundan dövlət büdcəsinə transfertin ümumi həcmi 7 615 mln. manat həcmində təsdiq edilib.

“İl ərzində dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə valyutanın satışı davam etdiriləcək”, – deyə ARDNF-dən bildirilib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər