12 C
Baku
Saturday, November 16, 2024

Azərbaycan Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 mlrd. manat kredit alacaq

Bu vəsait istehsal prosesinin moderləşdirilməsinə və qazma proqramlarının icrasına sərf olunacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan (AMB) kredit alması üçün hökumətin qərarı var və bu istiqamətdə işlər davam etdirilir. Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev kreditin 1,2 mlrd. manatının “Azərikimya” İB və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderləşdirilməsinə, 600 mln. manatının isə 3 il müddətinə şirkətin qazma proqramları üçün cəlb ediləcəyini qeyd edib.

SOCAR prezidenti “Azneftyağ” zavodunun köçürülməsi istiqamətindəki işlərdən də danışaraq bildirib ki, işlər sürətlə aparılır. Onun sözlərinə görə, bu ilin souna artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və “Azneftyağ” zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: “2018-ci ilin sonuna zavodların moderləşməsi işini başa çatdırıb, “Avro-5” standartı ilə və yeni keyfiyyətli benzin və dizel istehsal ediləcək. Bununla da 2030-cü ilin ortalarına qədər benzin və dizelə olan tələbat bu zavodda həyata keçiriləcək və “Azneftyağ” zavodu da sökülərək, ərazisi Bakı bulvarına qatılacaq”.

R.Abdullayev yeni bitum qurğusunun tikintisindən danışaraq bildirib ki, yeni qurğu tikilənə qədər mövcud qurğu işləyəcək və ölkədə bitum qıtlığı yaranmayacaq. Onun sözlərinə görə, yeni qurğunun tikintisi 2017-ci ildə başa çatacaq və bundan sonra hazırkı qurğunun istismarı dayandırılacaq.

Report

Son xəbərlər
Digər xəbərlər