12 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti 31% azalıb

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2021-ci ili 933 min manat mənfəətlə başa vurub. Bu göstərici 2020-ci illə müqayisədə 30.7% azdır.

Banker.az ADRA-nın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6.43 mln. manat (+3.5%), o cümlədən reklam yayımı haqlarından gəlirləri 5.96 mln. manat (+1.2%), digər gəlirləri isə 470 min manat (+45.5%) təşkil edib.

Hesabat dövründə ADRA-nın xərcləri isə 5.497 mln. manat (+13%), o cümlədən insan resursları üzrə xərcləri 3.778 mln. manat (+20.2%), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 470 min manat (-15.3%), icarə xərcləri 441 min manat (-2.2%), təmir və saxlanma xərcləri 100 min manat (+17.6%), ezamiyyə xərcləri 36 min manat (+33.3%), digər xərcləri isə 670 min manat (+27.9%) olub.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7.694 mln. manat olub ki, bu da 1 il əvvələ nisbətən 22% çoxdur. Ötən il öhdəliklər 31.3 dəfə artaraq 469 min manata, balans kapitalı isə 14.8% artaraq 7.225 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər