“Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq”

Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq.

Banker.az xəbər verir ki, bunu “Total Energies” şirkətinin icraçı direktoru Regis Aqut Bakıda keçirilən 27-ci Enerji forumunda deyib.

“Azərbaycanın qaz tədarükünün genişləndirilməsində böyük potensialı var. Bu gün Azərbaycandan Cənub Qaz Dəhlizi ilə tədarük diqqət mərkəzindədir. Xəzər dənizinin ehtiyatları çox böyükdür”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Total Energies”in SOCAR-la Abşeronda birgə layihəsi bu baxımdan vacib rol oynayır.

“Bizim SOCAR-la layihəmiz aşağı tullantı səviyyəsinə malikdir, amma yenə də karbonsuzlaşma prosesinə investisiyalar lazımdır”, – R.Aqut deyib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər