11 C
Baku
Thursday, November 14, 2024

Azərbaycan EBRD-dən cəlb etdiyi vəsatin məbləği açıqlandı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin noyabr ayı ərzində 61 mln. avro yaxud 2,37% artaraq dekabrın 1-nə 2 632 mln. avroya yüksəlib.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və əvvəlki kimi 160-dır.

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin də həcmi 65 mln. avro yaxud 3,59% artaraq 1 873 mln. avroya çatıb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 23 mln. avro və yaxud 3,81% artaraq 627 mln. avroya yüksəlib.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 12 mln. avro yaxud 1,2% artaraq 1 012 mln. avroya bərabər olub.

Hazırda EBRD Azərbaycanda 57 aktiv layihədən ibarət portfelə malikdir.

Report

Son xəbərlər
Digər xəbərlər