2023-cü ilin ilk 6 ayında operativ məlumatlara əsasən Azərbaycanda elektrik enerjisi istehsalı 2.8% artıb.
Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir bildirib ki, 13 mlrd. 907.9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Bunun da 1 mlrd. 265.2 mln. kVt-saatı ixrac edilib. Ölkə ötən yarımildə 137.5 mln. kVt-s elektrik enerjisi idxal edib.
Yanvar-iyun aylarında istilik elektrik stansiyaları üzrə 12 826.1 mln. kVt-st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081.8 mln. kVt-st elektrik enerjisi istehsal edilib.