7 C
Baku
Tuesday, January 7, 2025

Azərbaycan elektrik enerjisi istehsalını 6.5% artırıb

2023-cü ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən elektrik enerjisinin istehsalı 9 852.1 mln. kVt-saat olub.

Banker.az bunu energetika naziri Pərviz Şahbazovun tivitinə istinad edir.

Nazir bildirir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.5% artıb.

Elektrik enerjisi ixracı 1 244.1 mln. kVt-st, idxal isə 41.1 mln. kVt-st olub.

Hesabat müddətində İES-lər üzrə 9 266.1 mln. kVt-st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 586 mln. kVt-st elektrik enerjisi istehsal edilib.

Son xəbərlər
Digər xəbərlər