Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032,8 mln. kVt-saat olub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Melumata görə, ixrac 2357,1 mln. kVt-saat, idxal isə 190,1 mln. kVt-saat səviyyəsində olub.
“Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032.8 mln. kVt-saat, ixrac 2357.1 mln. kVt-saat, idxal isə 190.1 mln. kVt-saat olub”, – paylaşında qeyd olunur.
Bildirilir ki, yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.