12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyanın növbəti iclası bu tarixdə keçiriləcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə növbəti ikitərəfli komissiyanın iclası çərçivəsində Brüsseldə görüşəcək.

Bu barədə Mqer Qriqoryanın ofisindən açıqlama verilib.

Görüş noyabrın ilk həftəsində baş tutacaq. Danışıqlarla bağlı digər detallar açıqlanmır.

Xatırladaq ki, sərhəd komissiyasının buna qədər iki görüşü keçirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər