“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.
XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil.