Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400.000 avro ödəyib.
Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, “Armaeronaviqasiya” QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396.282 avro alıb.
Türkiyə şirkətləri isə Ermənistana 3,4 milyon avro köçürüb.








