8 C
Baku
Monday, November 18, 2024

Azərbaycan fermerlərinin Türkiyə cücələrinə marağı kəskin artıb: idxal 4.5 dəfə artdı

Azərbaycan 2022-ci ildə xaricdən aldığı azyaşlı diri ev toyuqlarının sayını kəskin artırıb.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi statistik rəqəmlər deyir.

Məlumata görə, 2022-ci ilin birinci rübündə çəkisi 185 q-dan artıq olmayan diri ev toyuqları (yəni iki həftəyə qədər yaşı olan) idxal edib.

Ölkəyə xaricdən 7.06 mln. ədədə qədər ev toyuğu gətirlib. Bunların da idxal dəyəri 3.05 ABŞ dolları təşkil edir.

Bu artıma səbəb Türkiyədir. 2022-ci ilin yanvar-mart ayları ərzində Türkiyədən Azərbaycana 4.5 dəfə artaraq 5.6 mln. ədəddən çox olub. Bu toyuqların idxal dəyəri isə 1.52 mln. ABŞ dolları təşkil edib.

Əlavə olaraq Gürcüstandan 649 min dollarlıq, yaxud 1.29 mln.-dan çox həmin növdə cücə idxal edilib.

Türkiyədən Azərbaycana gətirilən cücələrin xərci 27 sent təşkil etdiyi halda, Gürcüstandan 50 sentə, Rusiyadan isə 5 dollara başa gəlir.

 

Son xəbərlər
Digər xəbərlər