Fevral ayında Azərbaycanda gündəlik 480 min barel neft hasil olunub. Bu barədə “S&P Global Commodity Insights”ın “Platts” sorğusu əsasında apardığı araşdırmada qeyd olunub.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə kvotası 551 min barel təşkil edib.
Beləliklə, “S&P Global Commodity Insights”a əsasən, Azərbaycan fevralda OPEC+ kvotasından 71 min barel geri qalıb.
Azərbaycan Energetika Nazirliyi fevral ayında ölkədə neft hasilatı ilə bağlı göstəriciləri hələ təqdim etməyib.