Fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 476 min barel təşkil edib.
Bu barədə OPEC-in aylıq hesabatında bildirilib.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə 9 min barel və ya 1,9 % çoxdur.
Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, fevralda faktiki hasilat 75 min barel geriləyib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.