2025-ci ildə Azərbaycandan 170 milyon 659 min dollar dəyərində 18 973 ton fındıq ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2024-cü ildə isə Azərbaycandan 128 milyon 885 min dollar dəyərində 20 169 ton fındıq ixrac olunmuşdu.
Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 32.4% artıb, miqdar ifadəsilə 6% azalıb.







