Azərbaycan fındığının əsas müştərisi kimi Rusiyanı İtaliya əvəz edir

İtaliya Azərbaycandan aldığı fındığın həcmini kəskin artırmaqla ölkənin əsas müştərisinə çevrildiyi halda, Rusiyanın payı azalıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin birinci rübündə  İtaliya Azərbaycandan 3 416 ton həcmində meşə fındığı ləpəsi alıb. Bu o deməkdir ki, Azərbaycanın xaricə satdığı fındığın 51%-ni İtaliya alıb.

Bununla da Cənubi Avropa ölkəsi Azərbaycandan aldığı fındığı miqdar baxımdan son ildə 4 qat artmış olub.

İtaliyanın Azərbaycandan aldığı fındığın ümumi dəyəri $21.3 mln. olub. İtaliyaya satılan fındığın hər tonu  6 234 dollar olub (2021: 6 600 dollar).

İtaliyanın dünyada ən çox idxal etdiyi fındıq Türkiyə, ABŞ və Çilidir.

Son illərə qədər Azərbaycan fındığının əsas müştərisi olan Rusiyanın payı isə azalıb. RF ötən rübdə  1 565 ton, yaxud $9 milyonluq meşə fındığı ləpəsi alıb ki, bu da 2021-ci ilin eyni dövründən 27% azdır. Rusiyaya satılan fındığın  hər tonu ortalama 5 749 dollar olub ( 2021: 6 207 dollar).

Bununla belə, birinci rübdə Ukrayna, Çexiya, Gürcüstan, Kanada və Polşa Azərbaycan fındığının alışını dayandırıblar.

Qeyd edək ki, 2022-ci ilin ilk rübü ərzində Azərbaycan ümumilikdə xaricə  6 723 ton, yaxud $39.46 mln.-luq meşə fındığı ləpəsi satıb.

 

23443324223

Son xəbərlər
Digər xəbərlər