8 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb

Azərbaycandan Finlandiyaya quyu qapaqlarının ixracına başlanılıb. Belə ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb və ilkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

Banker.az Sənaye Parkına istinadən xəbər verir ki, MMC-nin investisiya dəyəri $103 mln.-dan çoxdur.

Müəssisədə müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

Son xəbərlər
Digər xəbərlər