9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan fintexləri 2030-cu ilə kimi 1.5 trln.-luq bazardan pay alacaq

Azərbaycan fintexləri 2030-cu ilə kimi 1.5 trilyonluq fintex bazarından pay alacaq.

Bunu bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov deyib.

O bildirib ki, 2030-cu ildə qlobal bank-maliyyə sektorunun mənfəəti 21 trilyon dollar proqnozlaşdırılıb. Bunun 1.5 trilyon dollarının fintexlərə aid olacağı gözlənilir. Azərbaycan fintexləri də bu bazardan pay almaq üçün fəaliyyətlərini genişləndirməyə çalışır.

Ruslan Talıbov əlavə edib ki, bu ilin ilk 8 ayında ödənişlərin 54%-i nağdsız qaydada həyata keçirilib. Nağdsız ödənişlərin həcmi 56 mlrd. dollara çatıb ki, bunun da 90%-i debet kartlara aiddir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər