Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
DSMF-dən Banker.az-a verilən məlumata əsasən, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Socieux+ proqramı çərçivəsində Fransanın və Finlandiyanın pensiya qurumlarının ekspertləri ilə görüşüb.
Görüşdə həmçinin sosial təminat sahəsində qarşılıqlı əməkdaşlıq, Azərbaycanda könüllü sosial sığorta haqlarının yığılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə strategiyanın formalaşdırılması və tətbiqi ilə bağlı müzakirələr aparılıb.