9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan gələn il 1 mlrd. manata qədər borclanmaya zəmanət verəcək

2023-cü ildə Azərbaycanda dövlət zəmanəti verilən borcların yuxarı həddinin 1 milyard manat olması nəzərdə tutulur.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Ümumilikdə isə xarici borclanmanın yuxarı həddinin 1.3 milyard manat olması planlaşdırılır”, – deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, gələn ilin dövlət büdcəsində gəlirlərin xərclərin 92.2%-ni qarşılaması gözlənilir: “Qalan hissə kəsir sayılır. Bunun 100 milyon manatının dövlət əmlakının özəlləşdirilmədən daxilolmalar hesabına, 2 milyard manatının isə daxili borclanma və dövlət xəzinədarlığı hesabına bağlanması nəzərdə tutulub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər