Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borclanma 2 milyard 672,3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19,3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.