2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan gələn il beynəlxalq münasibətlərə 362 milyon manat xərcləyəcək

Gələn il Azərbaycanda dövlət büdcəsindən beynəlxalq münasibətlər üzrə xərclər üçün 361,9 milyon manat məbləğində vəsait ayrılacaq.

Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu vəsaitin 207,2 milyon manatı beynəlxalq, ölkə səviyyəli və digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə, 125 milyon manatı xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanması xərclərinə, 17,5 milyon manatı beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 12,2 milyon manatı beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərə yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər