Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünə ev sahibliyi və növbəti 2 il ərzində bu quruma sədrlik edəcək.
Bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, eyni zamanda növbəti il Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşünə ev sahibliyi edəcək: “Göründüyü kimi Azərbaycanın çoxtərəfliliyə əhəmiyyət verən siyasəti praktik olaraq görünür”.