2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatını və yaxud 10,4 %-ni işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 % azdır.
Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.