13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

Böyük Britaniyanın “Cable” şirkəti genişzolaqlı internetə çıxış qiymətləri ilə bağlı tərtib etdiyi reytinq cədvəlində 219 ölkə arasında Azərbaycan 14-cü yerdə qərarlaşıb.

Azərbaycanda orta aylıq internet paketinin dəyəri 11.76 ABŞ dolları təşkil edir.

Azərbaycan, bu göstərici ilə Cənubi Qafqaz regionunda liderdir. Belə ki, Gürcüstan reytinqdə 19-cu (paketin dəyəri 13.49 ABŞ dollardır), Ermənistan isə 29-cu (16.84 ABŞ dolları) yerdədir.

Reytinqdə ilk dördlükdə Sudan (2.30 ABŞ dolları), Qazaxıstan (5.11 ABŞ dolları), Moldova (7.03 ABŞ dolları), Belarus (7.34 ABŞ dolları) yer tutub. İnternet paketinin baha olduğu ölkələr isə Zimbabve (201 ABŞ dolları), Surinam (269.44 ABŞ dolları), Burundidir (383.79 ABŞ dolları).

“Cable” şirkəti, 220 ölkə arasında genişzolaqlı internetin sürəti ilə bağlı apardığı araşdırmaya görə, Azərbaycan 10 Mbps ilə 171-ci yerdə qərarlaşıb.

Reytinqə əsasən MDB ölkələrində orta sürət 22.92 Mbps-dir. Regionda genişzolaqlı internetin sürətinə görə ən yaxşı ölkələr Rusiya, Ukrayna və Belarusdur. Türkmənistan və Tacikistan internetin sürətinə görə yavaş ölkələr arasındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər