17 C
Baku
Friday, May 3, 2024

Azərbaycan Güləş Federasiyasına bir milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, Sərəncama əsasən, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər