2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan günəş panellərinin alışını sürətləndirib

Azərbaycan 2020-ci ildə xaricdən fotohəssas keçiricilər qrupunda olan günəş panelləri üzrə məhsul alışını bir qədər də artırıb.

Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, 2020-ci il ərzində günəş panelləri üzrə məhsulların idxal həcmi 224.6 min ədəd təşkil edib.

Bu da 5 milyon 387.18 min dollarlıq idxalı əhatə edir. Bu da 2019-cu illə müqayisədə 624.6 min dollar, yaxud 13% artım deməkdir.

İdxal edilmiş fotohəssas keçiricilərin böyük hissəsi – 18.1 min ədəddən çoxu (5 milyon 39.8 min dollar) Almaniyadan idxal olunub.

Xatırladaq ki, 2018-ci ildə 2 milyon 481.86 min dollarlıq və 2019-da isə 4 milyon 762.54 min dollarlıq fotohəssas keçiriciliyi olan məhsullar istehsal etmişdi.

Son xəbərlər
Digər xəbərlər