10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan-Gürcüstan birgə şirkətinin ötən il mənfəəti artıb

“MAX” MMC 2022-ci ili 518 min manat mənfəətlə başa vurub. 2021-ci ili MMC 461 min manat mənfəətlə bağlamışdır ki, bu da illik müqayisədə mənfəətin 12.4% artması deməkdir.

Banker.az bu barədə şirkətin emissiya prospektinə istinad edir.

Ötən il “MAX” MMC-nin cəmi aktivləri 1 milyon 864 min manat təşkil edib. 2021-ci ildə aktivləri 1 milyon 579 min manat olub. Belə ki, şirkətin aktivləri 18% artıb.

Şirkətin pul vəsaitləri 4 min manat, cəmi öhdəlikləri 987 min manat və cəmi kapitalı isə 877 min manat olub.

Qeyd edək ki, “MAX” MMC-nin nizamnamə kapitalının 1%-i Abbasov Anar Alik oğluna, 73,99%-i “MAX Gürcüstan” şirkətinə və 25,01%-i “PAŞA İnvestments” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər