Azərbaycan Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başlayıb.
Bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.
“Bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır və uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir”, – deyə o qeyd edib.
©Azərtac