28 C
Baku
Tuesday, July 2, 2024

Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında birinci yerdədir

Azərbaycan 2015-ci ildə Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında birinci yerdədir.

Ötən il Gürcüstan iqtisadiyyatına qoyulmuş 1,351 milyard ABŞ dolları xarici sərmayənin 542 milyard dolları məhz Azərbaycana məxsusdur.

Gürcüstan Milli Statistika Mərkəzinin məlumatına görə 2014-cü ildə ölkə iqtisadiyyatına 1,758 milyard dollar xarici investisiya cəlb olunmuşdu. Bunun da 341 milyard dolları Azərbaycanın payına düşüb.

Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında ikinci yerdə Böyük Britaniyadır.

Azertag

Son xəbərlər
Digər xəbərlər