10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Gürcüstan və Rusiyaya sulfat turşusunun ixracına başlayır

Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “Azərsulfat” MMC Gürcüstan və Rusiyaya sulfat turşusunun ixracına başlayır.

Bunu jurnalistlərə açıqlamasında şirkətin direktoru Emin Quliyev bildirib.

“İlk partiyada Gürcüstana 250-300 ton, ilik isə 7 500 ton həcmində sulfat turşusu göndəriləcək. Rusiyaya isə illik ixracın həcmi 6 min ton təşkil edəcək. Artıq sulfat turşusunun xaricə satışı üçün sənədləşmə işlərinə başlanılıb. Gürcüstanın Rustavi Azot Müəssisəsi ilə müqavilə bağlanılıb, Rusiyanın bir neçə müəssisə ilə də danışıqlar aparılır. Sənədləşmə prosesi çətindir. Xarici dövlətlərdən kvota alınmalıdır. Amma proses bitmək üzrədir”, – deyə o qeyd edib.

E.Quliyevin sözlərinə görə, hazırda rəhbərlik etdiyi müəssisənin illik istehsal gücü 20 min tondur: “Bunun da 10 min tonu daxili bazar, 10 min tonu isə ixrac üçün nəzərdə tutulub. Əvvəllər Azərbaycana sulfat turşusu idxal edilirdi, zavod fəaliyyətə başladıqdan sonra yerli təlabat tam ödənilir. Məhsulun birinci partiyası Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavoduna göndərilib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər