Əcnəbi sərmayədarlar arasında Azərbaycan birinci yerdədir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında birinci yerdədir.
Bu barədə Gürcüstan mətbuatı yazıb.
Bildirilir ki, bu ilin ilk rübündə xarici ölkələrdən Gürcüstan iqtisadiyyatına 450 milyona yaxın dollar həcmində sərmayə qoyulub. Əcnəbi sərmayədarlar arasında Azərbaycan birinci yerdədir. Belə ki, ötən müddətdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların təqribən 35 faizi bizə məxsusdur.
Ümumiyyətlə, Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yeri tutur.
ANS PRESS