15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan Gürcüstana 482 mln. dollar investisiya yatırıb

2017-cı ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 482,1 mln. dollar investisiya yatırıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 2016-cı illə müqayisədə 13,6% azalıb. Azalmaya baxmayaraq, 2017-ci ildə Azərbaycan Gürcüstanın bir nömrəli investoru olub.

Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi xarici investisiyaların ümumi həcminin 25,9%-ni təşkil edib.

Ötən il Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi 1 mlrd. 861,9 mln. dollar olub. Bu da 2016-cı ilin göstəricisindən 16,2% çoxdur.

Azərbaycandan sonra Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya Respublikası (133,8 mln. dollar) daxildir.

2017-ci ildə Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, maliyyə, tikinti, energetika və daşınmaz əmlak sektorlarına yatırılıb.

Son xəbərlər
Digər xəbərlər