15 C
Baku
Thursday, March 13, 2025

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 22%-ə yaxın azaldıb

2024-cü ildə Azərbaycan Gürcüstana 70,7 milyon ABŞ dollarə investisiya qoyub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 21,7% azdır.

Azərbaycan ötən ilin I rübündə Gürcüstana 12,7 milyon ABŞ dolları (2,4 dəfə çox), II rübündə 23,7 milyon ABŞ dolları (23,4% çox), III rübündə 12,1 milyon ABŞ dolları (44,7% az), IV rübündə isə 22,3 milyon ABŞ dolları (49,2% az) sərmayə yatırıb.

Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (448,2 milyon ABŞ dolları, 23% çox), Malta (175,8 milyon ABŞ dolları, 80,5% çox), Hollandiya (151,7 milyon ABŞ dolları, 60,7% az) və ABŞ (98,3 milyon ABŞ dolları, 46% az) olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər