Azərbaycan 2023-cü ildə Gürcüstana istehsal etdiyi yerli siqaretlərin ixracını kəskin artırıb.
Banker.az xəbər verir ki, Gürcüstan keçən il ərzində 498.33 milyon ədəd siqaret ixrac edib. İxrac edilmiş siqaretin dəyəri 7 milyon 755.6 min ABŞ dolları təşkil edib.
2022-ci ildə cəmi 52.8 mln. və ya 492.4 min dollarlıq siqaret satılmışdı.
Ölkənin ümumilikdə filtirli siqaret ixracı hesabat müddətində 1 mlrd. 134.5 mln. ədəd (14 mln. 285.1 min dollar) təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkənin tütün zavodunun ümumi istehsal həcmi 16 mlrd. 10.2 mln. ədəd siqaret istehsalı həyata keçəməklə illik 20% artıb.