Azərbaycan 2023-cü ildə Gürcüstana ixrac etdiyi alçipan ixrac həcmini kəskin artırıb.
Banker.az-ın əldə etdiyi rəsmi məlumata əsasən, Gürcüstana ixrac edilən alçipan həcmi 7.08 mln. m2 olub. Bu da illik müqayisədə miqdarın həcmi 74 faiz yüksəlib. 2022-ci ildə Gürcüstan ölkəmizdən 4.07 min m2 alçipan almışdı.
Yerli şirkətlərin qonşu ölkəyə ixracından gəliri 9 milyon 242.84 min ABŞ dolları təşkil etməklə öncəki ili 82 faiz üstələyib.
2023-cü ildə dəyərin miqdardan daha çox artım dinamikası qiymətlərin yüksəlməsi ilə ələqəli olub. Belə ki, 2022-ci ildə bir kvadrat metrinin orta qiyməti 1 dollar 20 sentə ixrac edildiyi halda, 2023-cü ildə 1 dollar 30 sentə yüksəlib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə 97.76 mln. m2 həcmində Alçipan istehsal edib.