9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Gürcüstana satdığı sement klinkerinin qiymətini qaldırıb

Azərbaycan Gürcüstana satdığı sementin qiymətini bahalaşdırıb.

Banker.az xəbər verir ki, Azərbaycan 2024-cü ilin ilk səkkiz ayında qonşu ölkəyə 479 min tonluq sement klinkeri ixrac edib və bunun da ixrac dəyəri 29.19 mln. ABŞ dolları təşkil edib.

Keçən ilin eyni dövründə ölkənin 509 min tonluq və ya 28.6 mln. dollarlıq sement klinkeri ixrac etdiyini nəzərə alsaq, bu da cari ildə miqdarın 6 faiz, ixrac dəyərinin isə 2 faiz azalması deməkdir.

Cari ildə qiymətlər öncəki ildən bir qədər bahadır. Məsələn, sement klinkerinin bir tonu keçən il 56 dollar ətrafında satılırdısa, cari ildə qiymətlər 61 dollara yüksəlib.

Bu da cari ildə qiymətlərin 5 dollar və ya 9 faiz bahalaşması deməkdir.

Sement klinkerləri sement istehsalında əsas xammal olan kiçik, yumru və yığıcı maddələrdir. Onlar əhəng daşı, gil və digər materialların sobalarda yüksək temperaturda (təxminən 1400–1500°C) qızdırılması nəticəsində əldə edilir. Bu qızdırma prosesi xammalların kimyəvi reaksiyaya girməsinə səbəb olur və klinker əmələ gətirir. Daha sonra klinkerlər üyüdülür, gips və digər qatqılarla qarışdırılaraq sement hazırlanır.

Son xəbərlər
Digər xəbərlər