9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Gürcüstana sement klinkeri satışlarını kəskin artırıb

Azərbaycan Gürcüstana satdığı sement klinkerinin və gipsin həcmini kəskin artırıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 10 ayında Azərbaycan Gürcüstana 509.4 min ton həcmində sement klinkeri ixrac edib. Bu da 2020-ci ilin  eyni dövrü ilə müqayisədə 72% çox demədir.

Azərbaycanın Gürcüstana satdığı sementin ixrac dəyəri 19.1 mln. dollar olub.

Klinker sement istehsalı sırasında bişmiş gil və əhəng daşının birləşməsindən ibarət olan iri dənəli məhsuldur.

Qeyd edək ki, Azərbaycan Gürcüstana sementin hər tonunu 37 dollara satıb. Bu da 2020-ci ildəkindən 4 dollar baha satması deməkdir.

Hesabat müddətində gipsin ixrac həcmi 9.5% artmaqla 107.07 min ton olub ki, bu da 2.24 mln. dollar ixrac dəyəridir.

Son xəbərlər
Digər xəbərlər